Lökbatan qəsəbəsində yerləşən 4 saylı doğum evində oğurluq olub.
“Qafqazinfo”ya Bakı şəhər BPİ-dən verilən məlumata görə, hadisə noyabrın 6-da baş verib.
Qazax rayon sakini Sevil Mansurovaya məxsus içərisində mobil telefon və 2400 manat olan pul kisəsi oğurlanıb. Hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini 1954-cü il təvəllüdlü Şahnaz Mövsümova saxlanılıb.