«Hökumət öz vətəndaşlarından qorxur»

7-11-2014, 14:12   

Hüquq müdafiəçisi Leyla Yunusun vəkillərinin müdafiə işindən uzaqlaşdırılması ilə bağlı Freedom House hüquq-müdafiə təşkilatı bəyanat yayıb: «İnsan haqları fəalları ciddi cinayətlərdə ittiham etməklə, Azərbaycan hökuməti hüququn aliliyinə kobud hörmətsizlik, eləcə də müstəqil vətəndaş cəmiyyətindən qorxduğunu göstərir,» Freedom House-un prezidenti David J. Kramer deyib.

«Hökumət Yunusa və digər siyasi məhbuslara qarşı şübhəli ittihamlar irəli sürməklə, hüquq müdafiəçiləri barəsində uzun müddətli həbs qətimkan tədbirləri seçməklə, təkcə öz ədliyyə sistemini ələ salmır. İndi isə Yunusun vəkillə təmin olunmaq haqqını da alır. Bu, hakimiyyətin öz vətəndaşlarından qorxduğunu göstərir».

Freedom House hökuməti Yunus və digər siyasi məhbuslara qarşı ittihamları ləğv etməyə, onların hüquqlarını tam bərpa etməyə çağırır. Freedom House təşkilatı Azərbaycanı qeyri-azad ölkələr sırasına salır. Hakimiyyət təmsilçiləri bu qurumu qeyri-obyektivlikdə, ikili standartlarda ittiham edir.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.