araşdırmalar zamanı məlum olub ki, yaşlı kişi küt alətlə qətlə yetirilib
Ötən gün gecə saatlarında Ağcabədi rayonunda 80 yaşlı kişi dəhşətli şəkildə qətlə yetirilib.
Rayon Prokurorluğundan ANS PRESS-ə verilən məlumata görə, rayon ərazisində Ənvər Məmmədovun yaşadığı evindən meyiti tapılıb.
Araşdırmalar zamanı məlum olub ki, yaşlı kişi küt alətlə qətlə yetirilib.
Qeyd edək ki, Ənvər Məmmədov tək yaşayırmış.
Onun kim tərəfindən və nə səbəbə öldürüldüyü isə məlum deyil.
Faktla əlaqədar cinayət işi başlanılıb.