Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Qızıl Meydana Sovet tankları çıxarıldı – Video

7-11-2014, 18:10   


Paytaxt Moskvanın Qızıl Meydanında altı min hərbçinin iştirakı ilə Böyük Vətən müharibəsinə həsr olunmuş parad keçirilib.

Axar.az-ın xəbər verdiyi kimi, 1941-ci ildə baş verən əfsanəvi paradın ildönümü şərəfinə keçirilən paradda şəhər hakimiyyətinin nümayəndələri, Moskva Şəhər Dumasının deputatları, Prezident Administrasiyasının üzvləri, Sovet İttifaqı və Rusiya, Əmək və Rusiya Sosialist Əməyi qəhrəmanları iştirak edib.

İlk dəfə olaraq bu il keçirilən paradda 1941-ci il paradında iştirak etmiş Moskva müdafiəçiləri də yer alıb.

Təntənəli yürüşdə 1939-1945-ci illərdə istifadə olunmuş 60-dan çox zirehli texnika, T-38, T-37, T-60 zirehli tankları, o dövrün əfsanəsi sayılan 153 və MiQ-3 təyyarələri də sərgilənib. [media=http://www.youtube.com/watch?v=AJZE9EDjDmc]
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar