Rusiya Prezidenti Vladimir Putin hesab edir ki, həyatın bütün mənası sevgidədir.
Axar.az xəbər verir ki, Rusiya dövlət başçısı bunu Rusiya Coğrafiya Cəmiyyətinin iclasında çıxışı zamanı deyib.
“Ümumiyyətlə, sevgi bütün həyatın mənasıdır. Bu, ailəyə, uşaqlara və Vətənə olan sevgidir. Bu, elə çoxcəhətli fəaliyyətdir ki, bizim bütün hərəkətlərimizin əsasında dayanır”, - Putin deyib.