“Təxminən bir həftə əvvəl Arif Hacılıdan görüşməklə bağlı mesaj aldım. Onun təklif etdiyi vaxt başqa görüşüm olduğunu nəzərə alaraq mən də bir gün sonra alternativ variant təklif etdim”.
“Qafqazinfo” xəbər verir ki, bunu aznews.az-a açıqlamasında Müsavat partiyasının üzvü Qubad İbadoğlu deyib. Onun sözlərinə görə, Müsavat partiyasının başqanı Arif Hacılı ona “yenə yazışarıq” deyə cavab verib.
“Amma təsdiq olmadı və ona görə də görüşümüz baş tutmadı”, - deyə Qubad İbadoğlu vurğulayıb.
Xatırladaq ki, Müsavat partiyasının başqanı Arif Hacılı seçkilərin nəticələrindən narazı qalan şəxslərlə görüşməkdən imtina etməyi barədə deyilənlərin həqiqətə uyğun olmadığını bildirib. A.Hacılı deyib ki, qurultaydan sonra Qubad İbadoğlunu təkbətək görüşə də dəvət edib.
Qubad İbadoğlu isə iki gün ərzində onunla görüşmək imkanının olmadığını bildirib.