“Ölkənin şərqində ukraynalı əsgərlərə qarşı 25 min separatçı, 5 min isə rus hərbçisi döyüşür”.
Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ukrayna Təhlükəsizlik Xidməti başçısının müşaviri Markiyan Lubkivski deyib.
Lubkivski ölkə sərhədlərində rusiyalı əsgərlərin aktivliyinin daha da artdığını bildirib.
O, separatçıların Rusiya tərəfindən ilhaq edilən Krıma dəhliz açmaq üçün Mariopula doğru cəbhə yaratmağa çalışacaqlarını iddia edib.
Qeyd edək ki, Ukraynanın şərqində meydana gələn qarşıdurmalarda ən azı 4035 adam həyatını itirib, 9336 nəfər isə yaralanıb.