“Rusiya Prezidenti Vladimir Putinin işğal olunmuş ərazilərin saxlanılması üçün vəsaiti olmadığından “Novorossiya" layihəsini həyata keçirə bilmir”.
Axar.az xəbər verir ki, bunu rusiyalı müxalifətçi Boris Nemtsov söyləyib.
O, Putinin Donetsk və Luqansk ərazilərində yaşayan əhalini saxlamağa pulunun olmadığını bildirib:
“Putin Donetsk və Luqansk Xalq Respublikasının liderləri ilə görüşməkdən imtina edib. Buna səbəb Putinin yeni sanksiyalardan qorxması deyil, eyni zamanda, onun deməyə hər hansı sözünün olmamasıdır. Onun 4 milyonluq əhalini saxlamağa pulu yoxdur. Təbii ki, silahla təchiz edəcək, provakasiyalar olacaq, Donetskə qanunsuz hərbçiləri də göndərəcək. Lakin bu böyük ərazini saxlamayacaq”.