NATO və rəsmi Kiyev bəyan edib ki, tanklar artıq sərhəddən keçib
NATO Ukrayna sərhədində Rusiya qoşunlarının cəmləndiyini müşahidə edir.
bu barədə Reuters-ə NATO-nun zabitlərindən biri məlumat verib.
Adının açıqlanmasını istəməyən zabitin sözlərinə görə, NATO-da Rusiya tanklarının sərhədi keçərək, Ukrayna daxil olması haqqında dəqiq məlumatlar var.
"Biz bu məlumatları təsidqləyə bilərik. Rusiya qoşunları və hərbi texnikası Ukraynanın sərhədində cəmlənib", - deyə zabit bildirib.
Rəsmi Kiyev Ukraynaya Rusiya ərazisindən 32 tankın daxil olduğunu bəyan edib.
Qeyd edək ki, noyabrın 4-də NATO baş katibi Yens Stoltenberq bəyan etmişdi ki, Rusiya qoşunları Ukrayna sərhədinə yaxınlaşır.
Məsələ ilə bağlı Rusiya Müdafiə Nazirliyi də açıqlama vermişdi: "Guya bizim qoşunlar Ukrayna sərhədinə yaxınlaşır. Yalandır".