Doğuşuna 10 gün qalan hamilə qadın özünü asdı

7-11-2014, 21:38   
Doğuşuna 10 gün qalan hamilə qadın özünü asdı


Türkiyənin Bursa şəhərində tük ürpədən hadisə baş verib.


“Qafqazinfo”nun ans press-ə istinadən məlumatına görə, dünən gecə 9 aylıq hamilə olan 20 yaşlı qadın intihar edib.

Belə ki, 20 yaşlı Dəniz İnan özünü evdə qaz borusundan asıb. Onun meyitini həyat yoldaşı Davud İnan aşkarlayıb.

Arvadının asılmış meyitini görən kişi dərhal polis çağırıb. Araşdırmalar nəticəsində qadının intihar etdiyi məlum olub.

Qeyd edək ki, Dəniz İnan 10 gündən sonra ana olacaqdı. Onun qonşuları bildiriblər ki, qadın çox yaxşı insan olub. Son günlər də ana olacağına çox sevinirmiş.

Bildirilir ki, intihardan bir gün əvvəl onlara qohumları gəlibmiş. Hazırda hamilə qadının intiharına səbəb olacaq amil həmin şəxs ola biləcəyi ehtimal edilir.

Onun nə dərəcədə qadının özünü öldürməsində günahkar olması araşdırmalardan sonra məlum olacaq.

Faktla bağlı cinayət işi başlanıb.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.