Rusiya Abxaziya ilə Müttəfiqlik və Strateji Tərəfdaşlıq haqqında müqaviləni 2014-cü ilin sonuna qədər imzalayacaq.
Axar.az xəbər verir ki, bu barədə informasiyanı “Lenta.ru” saytı yayıb.
Sayt həmçinin eyni cür müqavilənin Cənubi Osetiya ilə də imzalanacağını bildirib.
Qeyd edək ki, Abxaziya Rusiya ilə bu müqaviləni imzalayacağı təqdirdə rus qoşunları tərəfindən rəsmi olaraq himayəyə götürülmüş olacaq.