İspaniyanın Sevilya şəhərində körpünün üstündə selfi çəkmək cəhdi ölümlə nəticələnib.
polşalı turist Silva Rayxel körpüdən yıxılaraq həlak olub.
23 yaşlı qız gecə smartfonla özünü çəkmək istəyirmiş. O, tarazlığını itirərək yıxılıb. Dörd metr hündürlükdən yıxılan qız körpünün beton sütununa çırpılıb. Hadisə yerinə gələn həkimlər Silvaya heç bir köməklik edə bilməyib.
Polşa mətbuatının verdiyi xəbərə görə, Rayxel Lublin şəhərində yaşayıb və o, tibbi təhsil alırmış. Təhsilini başa vurduqdan sonra qız daimi olaraq İspaniyada yaşamağı planlaşdırırmış.
“Puente de Isabel II” körpüsü XIX əsrin ortalarında inşa edilib və Sevilyanın ən çox ziyarət olunan yerlərindən biri sayılıər.