Bakının Səbail rayonunda mənzildə bağlı qapı arxasında 1 nəfər köməksiz vəziyyətdə qalıb.
FHN -nin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.
Xilasedicilər mənzilin qapısını xüsusi alət və avadanlıqlar vasitəsilə açıblar. Mənzilə baxış keçirilərkən 1940-cı il təvəllüdlü Volodin İqor Borisoviç huşsuz vəziyyətdə aşkarlanıb.
Hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının həkimləri tərəfindən aparılmış ilkin müayinə nəticəsində vətəndaşın vəfat etdiyi müəyyən olunub. Meyit aidiyyəti üzrə təhvil verilib.