ABŞ mətbuatı prezidentin yeni iqamətgahından yazıb
Dünya ABŞ-ın "USA Today" qəzeti Türkiyə prezidentinin yeni iqamətgahı barədə şok məlumatlar açıqlayıb.
ANS PRESS-in məlumatına görə, Ərdoğanın yeni binası üçün 1 milyard 370 milyon lirə xərcləndiyini vurğulayan qəzetin məqaləsində deyilir ki, Türkiyənin yeni "Ağ Ev"ində min otaq var.
"Əgər Ərdoğanın "Taksim Meydanı"ndakı fəallara zor tətbiq etməsi sizi, onun bir diktator olduğuna inandırmağa yetmedisə, bəlkə yeni və böyük sarayı bu işi görür", sözləri ilə başlayan məqalədə "Ağ Ev" üçün xərclənən pullarla suriyalı qaçqınlara yetərincə yardım edilə bilərdi. Qalan 115 milyon dollar da Türkiyənin olardı. Yeni saraya xərclənən pulla Ebola virusunun qarşısının alınmasına sərf oluna bilərdi. BMT təhlükəli virusun qarçısnı almaq üçün 987.8 milyon dollara ehtiyac duyulduğunu açıqlamışdı. Ankaradakı hər kəsə 136, İstanbuldakılara 44 və ya ölkədəki hər kəsə 8 dollar verilə bilərdi. Bir il 24 min 415 təcrübəli müəllimin maaşı verilə bilərdi", deyə məqalədə bildirilir.