Rusiya, Gürcüstan və Ermənistan arasında danışıqlar aparılır
Region Rusiya, Gürcüstan və Ermənistan arasında Gürcüstan dəmir yolu xəttinin Abxaziya sahəsinin fəaliyyətinin bərpası ilə bağlı gizli danışıqlar aparılır.
bu barədə tert.am-a müsahibəsində Ermənistanın rabitə və nəqliyyat naziri Artur Arakelyan deyib.
Onun sözlərinə görə, tərəflər abxaziya sahəsi üzərindən dəmiryolu əlaqəsinin bərpası üzrə proqramının həyata keçirilməsinə böyük əhəmiyyət verir və bununla bağlı razılıq əldə etmək mümkündür.
Nazir onu da bildirib ki, tərəflər arasında danışıqlar qapalı rejimdə aparılır. Bu, məsələnin daha çox siyasi xarakter daşıması ilə əlaqədardır.
Lakin Gürcüstanın dövlət naziri Paata Zakapeişvili və iqtisadiyyat naziri Georgi Kvirikaşvili sözügedən məlumatı təkzib edib.