İsraildən Məscidi-Əqsa açıqlaması

8-11-2014, 01:24   
İsraildən Məscidi-Əqsa açıqlaması
İsrailin baş naziri Binyamin Netanyahu "Məscidi-Əqsa"da baş verənlərlə bağlı açıqlama verib.

Avropa Birliyinin nümayəndəsi Federika Mogerinlə görüşdən sonra keçirilən mətbuat konfransında Netanyahu "Məscidi-Əqsa"da ibadət edilməsi üçün "status-kvo"nun davam etdiriləcəyini deyib.

"Müsəlmanların Əqsada ibadət etmə haqqına hörmət duyuruq. Əsrlərdir ibadətlərini edirlər və etməyə də davam edəcəklər. Ancaq zorakılığa istiqamətli təhriklərə qarşıyıq və sabitliyi təmin etmək üçün hər şeyi edəcəyik".

Netanyahu Qüdsün çox həssas bir mövzu olduğunu vurğulayaraq "Qüds bizim paytaxtımızdır, məskunlaşma yeri deyil. Hər kəs bilir ki, ola biləcək bir sülh müqaviləsində Qüds İsrailin parçası olaraq qalacaq" şəklində açıqlama verib.

İsrail baş naziri İsveçin keçən ay Fələstini tanımasından təəssüfləndiyini bildirməklə yanaşı Avropa ölkələrini bu cür addımlarını "məsuliyyətsizlik" adlandırıb.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.