Adam öldürən azərbaycanlı çempiona hökm oxundu- Rusiyada

8-11-2014, 01:31   
Adam öldürən azərbaycanlı çempiona hökm oxundu- Rusiyada
Əlbəyaxa döyüş növləri üzrə Rusiya çempionu olan Azərbaycan əsilli döyüşçü Kamil Ələkbərov ehtiyatsızlıqdan adam öldürmə maddəsi ilə məhkum olunub.

anaxeber.info modern.az-a istinadən xəbər verir ki, Volqoqradda Rusiya Daxili İşlər Nazirliyinin Akademiyasında kursant olan18 yaşlı azərbaycanlı 23 yaşlı xidmət yoldaşı Yevgeni Yeqorovu ehtiyatsızlıqdan öldürməkdə təqsirli bilinib. O, Həştərxanın Axtyubisk rayon məhkəməsinin qərarı ilə 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasını alıb. Bu müddətdə azərbaycanlı idmançı Həştərxan vilayətini tərk etməməli və hər gün polis idarəsində qeydiyyatdan keçməlidir.

2014-cü il mayın 19-dan 20-nə keçən gecə Həştərxan vilayətinin Znamensk kəndində aralarında yaranan mübahisə zəminində Kamil Ələkbərov Yevgeni Yeqorova yumruqla zərbə vurub. Zərbədən huşunu itirən Yeqorov bir neçə gün sonra xəstəxanada dünyasını dəyişib.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.