“‘Polis Akademiyası Alaturka” filmində Amerikadan gələn müəlliməni canlandıran qalatasaraylı futbolçu Uesli Sneyderin həyat yoldaşı Yolans Kabau “Habertürk” qəzetinə müsahibə verib.
ilk dəfə özünü aktrisa kimi sınayan Yolans Kabau həyat yoldaşının film haqqında düşüncələrini də bölüşüb:
“Bu film Türkiyədəki ilk aktrisalıq təcrübəm oldu. Mən də, Uesli də gənc insanlarıq. Əlbəttə ki, bir-birimizin işini və həyatını yaxından izləyirik, amma öz qərarlarımızı da özümüz veririk. O necə ki, evə gəlib mənə ““Fənərbaxça”ya qarşı oynaya bilərəm?”- deyə soruşmursa, mən də ondan "Bu filmdə oynaya bilərəmmi?”-, deyə icazə almıram. Ərim “Polis Akademiyası Alaturka”nın ssenarisini oxudu və bəyəndi. Əgər mənə “Mehmet Əli Erbili heç sevmirəm” desəydi, o zaman yoldaşımın bu düşüncəsi mənim üçün önəmli olardı və təklifi qəbul etməzdim”.