zayka-1Rusiyanın paytaxtı Moskva şəhərinin Lenin prospektindəki bilyard klublarından birində “Zayka” ləqəbli azərbaycanlının başçlıq etdiyi və 5 nəfərdən ibarət olan mütəşəkkil cinayətkar dəstə həbs olunub.
Əvvəllər dəfələrlə məhkum olunan “Zayka” ləqəbli 39 yaşlı azərbaycanlının başçlıq etdiyi dəstə Rusiyada biznes fəaliyyəti ilə məşğul olan həmyerlilərini oğurlamaqla və onları pul qarşılığında azad etməklə məşğul olub.
Polislərin həbs etdkiləri dəstə üzvlərinin üzərindən odlu silah və xeyli sayda güllə götürülüb. “Zayka” azərbaycanlı biznesmen həmyerlisini oğurlayaraq azad edilməsi üçün 50 milyon rubl tələb etdiyinə görə həbs olunub. “Zayka” və onun cinayətkar dəstəsinin üzvləri tələb etdikləri pulun bir hissəsini aldıqdan sonra biznesmeni azadlığa buraxıblar. Bundan sonra kriminal avtoritet bilyard klubunda istirahət edərkən həbs olunub.
Bundan başqa, “Zayka” və dəstəsindən zirehli geyimlər, saxta polis işçisi vəsiqələri və azərbacyanlı biznesmenlərdən oğurladıqları 2 xarici maşın aşkar olunub. Rusiya polisi faktla bağlı geniş araşdırma aparır.