Əl-qolu bağlanaraq yandırılan qadınla bağlı RƏSMİ MƏLUMAT

8-11-2014, 15:50   
Əl-qolu bağlanaraq yandırılan qadınla bağlı RƏSMİ MƏLUMAT

Daxili İşlər Nazirliyi Gəncədəki dəhşətli qətllə bağlı rəsmi məlumat yayıb.

Nazirlikdən Lent.az-a verilən məlumata görə, noyabrın 7-də gecə 2 radələrində Gəncə şəhərinin Ü. Hacıbəyli küçəsində yaşayan Pərvanə İsmayılovaya məxsus 1 otaqlı evdə yanğın baş verib. 15 kvm. sahədə yanar konstruksiyalar və oradakı əşyalar yanıb. Yanğın söndürüldükdən sonra evdə P.İsmayılovanın əl və ayaqları naqillə bağlanmış vəziyyətdə olan qismən yanmış meyiti tapılıb.
Gəncə Şəhər Baş Polis İdarəsi tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.