Rəqqasə Oksana Rəsulova özü ilə bağlı maraqlı sirlər açıqlayıb.
Sənətçi haqqında 15 faktı təqdim edir:
1. Ciyər qovurmasını heç sevmirəm.
2. Çox dadlı borş hazırlayıram.
3. Çox danışan insanlara qıcıqlanıram.
4. Məktəbdə məni ancaq "Oksi" deyə çağırırdılar.
5. Bir dəfə valideynlərimə yalan danışmışam. Sonradan üstü açıldı. Hələ də özümü bağışlaya bilmirəm.
6. Heç vaxt döyülməmişəm.
7. Çantama heç vaxt daraq və yemək qoymaram.
8. Əlimi tez-tez üzümə, saçıma vururam. Bu vərdişimi tərgidə bilmirəm.
9. Tıxaca düşəndə avtomobillə iki xətti keçirəm.
10. Özündənrazı insanları sevmirəm.
11. Məni heç nə təəccübləndirə bilməz.
12. Romantik deyiləm.
13. Çox sakit uşaq olmuşam.
14. Gözəl rəsm çəkirəm və xəttim yaxşıdır.
15. Ən kiçik amillə məni sevindirmək mümkündür.