anaxeber.info APA-ya istinadən xəbər verir ki, Sabunçu Rayon Polis İdarəsinin 13-cü polis bölməsindən verilən məlumata görə, noyabrın 7-də Bakıxanov qəsəbəsi, Aşıq Alı küçəsində huşsuz vəziyyətdə, bədəndə müxtəlif yanıq xəsarətləri olan naməlum şəxs tapılıb. O, 3 saylı Şəhər Klinik Xəstəxanasına aparılıb.
Həkimlərin səylərinə baxmayaraq, həmin şəxs bu gün səhər saatlarında xəstəxanada vəfat edib.
Həmin şəxsin boyu təxminən 175-180 sm, çəkisi 70-75 kq, dolu bədən quruluşu və qara saçları var. Sol qolunda döymə edilmiş və sonradan silinmiş “Günel” sözü olub.
Həmin şəxs barədə hər hansı məlumat əldə olunarsa, 452-02-02, 428-02-02 və 425-49-15 telefon nömrələrinə zəng etmək xahiş olunur.