İtaliyanın ən populyar supermodellərindən olan Klaudia Romani yeni fəaliyyət sahəsində özünü sınamaq qərarına gəlib.
32 yaşlı italyan supermodel futbolu çox sevdiyini, bu səbəbdən də matçlarda hakimlik etmək istədiyini bildirib.
“Yeni peşəmdə uğur qazanacağıma əminəm. Hakimlik kurslarına qatıldım və onları yaxşı başa vurdum. İtaliyanın A və B seriyalarında matçları idarə etmək üçün sertifikatım var”, – Klaudia Romani deyib.
İtaliyanın A Seriyasında indiyədək heç bir matçı qadın hakim idarə etməyib