İki nəfəri zəhərləyib öldürən ömürlük məhbusun işində - Yenilik

8-11-2014, 22:26   
İki nəfəri zəhərləyib öldürən ömürlük məhbusun işində - Yenilik

Bakıda iki nəfəri “Finlepsin” dərmanı ilə zəhərləyib öldürməkdə təqsirli bilinən ömürlük məhbusun işindən apellyasiya şikayəti verilib.

Axar.az-a daxil olan məlumata görə, Astara sakini Aydın Qəhrəmanov barəsində ittihamları qəbul etmir və oktyabrın 20-də ona kəsilən ömürlük həbs hökmündən şikayət edib.

Məhbusun vəkili apellyasiya şikayəti verib və ömürlük həbs hökmünün dəyişdirilməsi barədə vəsatət qaldırıb. A.Qəhrəmanov hesab edir ki, məhkəmə ona bəraət verməlidir. O, ümid edir ki, məhkəmə ən azı ömürlük cəzanı 15 illə əvəzləyəcək.

A.Qəhrəmanov qeyri-rəsmi nikahda yaşadığı Bakı sakini Aidə Yəhyayevanı və onun qardaşı qızı Samirəni “Finlepsin” dərmanı ilə zəhərləyib öldürmək, bundan sonra mülkünə sahib çıxmaqda ittiham olunub. Ancaq A.Qəhrəmanov özü də olmaqla, Aidə və Samirənin qurğuşundan zəhərləndiyi təsdiqlənib. Məhbus uzun müddət müalicə olunub. Xəstəxanadan çıxandan sonra qeyri-rəsmi nikahda yaşadığı Aidənin də qurğuşundan zəhərləndiyini görüb. Lakin Aidə və Samirənin həyatını xilas etmək mümkün olmayıb.

Bundan sonra Türkiyədə yaşayan Nazilə Yəhyayeva bacısının öldürülməsi iddiası ilə məhkəməyə müraciət edərək Qəhrəmanovu həbs etdirib. A.Qəhrəmanov deyib ki, buna qədər Yəhyayevlər ailəsində Aidənin qardaşı Mustafa və onun oğlu Cavidan (Samirənin atası və qardaşı) da qurğuşundan zəhərlənərək ölüblər.

Onların meyitləri eksqumasiya olunub və qurğuşundan öldükləri təsdiqlənib. A.Qəhrəmanov ölkə başçısı, baş prokuror, ombudsmana müraciət edərək kömək istəyib.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.