Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Şəmkirdə silahlı basqının səbəbi - Fotolar

8-11-2014, 23:15   


Kəpəz TV noyabrın 7-də Şəmkirdə evinə silahlı basqın olan və xəsarət alanların fotolarını yayıb. Yaralılardan 4-ü Şəmkir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
silahlı şəxslər hələ məsuliyyətə cəlb olunmayıb və onların tapılması istiqamətində Şəmkir Rayon Polis Şöbəsində əməliyyat-axtarış tədbirləri həyata keçirilir. Əldə etdiyimiz son xəbərə görə, ailənin Rusiyada işləyən övladı evə pul göndərib və bundan agah olan qruplaşma evə hücum təşkil edib.
Maska taxmış, odlu və soyuq silahlarla silahlanmış 4 nəfər 1958-ci il təvəllüdlü Hüseyn Səfərovun evinə basqın edib. Evdən 6600 manat, 1 milyon rus rublu və xeyli qızıl-zinət əşyaları aparılıb. Eyni zamanda, H.Səfərovun həyat yoldaşı, 62 yaşlı Ağgül Səfərovaya, oğlu, 32 yaşlı Ruslan Səfərova və gəlini, 23 yaşlı Röyalə Səfərovaya soyuq silahla bədən xəsarətləri yetirilib.

Həmçinin evə qonaq gəlmiş Gədəbəy rayon sakini, 61 yaşlı Qətibə adlı qadın da hücuma məruz qalıb.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar