Bakıda qadın ərini soydu

8-11-2014, 23:40   
Bakıda qadın ərini soydu

Əməliyyatçılar qısa bir vaxtda işin üstünü açıblar.

Noyabrın 7-si iki nəfər naməlum şəxs qara maska taxaraq Binəqədi rayonu Sulutəpə qəsəbəsinin sakini 1979-cu il təvəllüdlü Könül Həsənovanın (ad və soyad etik normalara görə dəyişdirilib) mənzilinə daxil olaraq 200 manat və mobil telefona sahib çıxıblar.

Bu barədə Binəqədi rayon Polis İdarəsində bildiriblər, 40-cı polis bölməsinə Həsənovanın özü müraciət edib.

Qadın bildirib ki, saat 15.00-da onun qapısını döyüblər, o qapını açıb və qarşısında iki qara maskalı adam görüb. Onun sözlərinə görə, o qapını açan kimi kişilərdən biri onun üzünə yumruqla vurub. Cinayətkarlar pulu götürən kimi hadisə yerini tərk ediblər.

Fakt üzrə istintaq-əməliyyat qrupu yaradılıb, hadisə yerinə polis və kriminalistlər yollanıb. İstintaq zərərçəkəni dindirib. Qadın təzadlı ifadələr verib və əməliyyatçılar Həsənovanın yalan danışdığını anlayıblar. Yalan çarpaz dindirmədən sonra aşkarlanıb. Həsənova necə çaşıbsa özü yalan danışdığını boynuna alıb.

Əslində heç bir qarət hadisəsi olmayıb. Sadəcə bu yolla o, ərinin xəbəri olmadığı borclardan yaxa qutarmaq üçün götürdüyü pulları ört-basdır etmək istəyib. Amma o, polisin hər şeyin üstünü açacağını düşünməyib. Pulları əməliyyatçılar toyuq hinində, elə Həsənovanın özünün gizlətdiyi yerdən tapıblar. Telefon da tapılıb.

Hal-hazırda Həsənovanın 40-cı polis bölməsində izahatı alınır. Qadın həbsxanaya düşməyəcək, amma yalan ifadəyə görə cərimə ödəməli olacaq.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.