Aktual.az xəbər verir ki, Əməkdar artist, bəstəkar Nailə Mirməmmədli “Hər şey daxil” verilişinin qonağı olub:
"Müğənnilər tələbkar deyillər. Röya həmişə gəlirdi evimə, bir köhnə kreslom var idi, orda otururdu. Tərpənmirdi, evə kim gəlib qayıtsa da, Röya getmirdi. Deyirdi, aç not dəftərini, gör orada köhnədən nələr var. Axtarırdı, 6 il əvvəl yazdığım musiqiyə baxırdı, sözləri tutuşdururdu. Nəsə tapıb, çıxarır, oxuyurdu. Tələb edirdi. Müğənnilər də tələbkar olsunlar, istəsinlər. Mən də etiraz etmərəm”.