Xalq artisti Flora Kərimova “Bir gün” verilişinin qonağı olub.
Müğənni maraqlı açıqlamalar verib:
“Düşmənlərimlə bağlı materiallar toplayıram. Hətta nəfəslərini də yığıb evimdə saxlayıram. Rəflərim var: Faiq Ağayev, İlhamə Quliyeva, Sərxan Kərəmoğlu. Hamısının materiallarını ora toplayıram. Kimsəyə etibar yoxdur. Mən bu dünyaya, o dünyaya, heç kimə inanmıram. Elə ki, gördüm kimsə özünü sərbəst aparır, mənim haqqımda nəsə deyir, üzə çıxaracam. Mənimlə danışmaq mümkün deyil”.
F.Kərimova aparıcının "Sizin Faiq Ağayevlə gözəl duetləriniz olub" sözlərinə belə cavab verib:
“Faiq indiyənə kimi mənimlə oxuduğu duetlərin çörəyini yeyir”.