"Dövlət məni arvadımdan qorusun!"

9-11-2014, 16:24   
"Dövlət məni arvadımdan qorusun!"
47 yaşlı türk 26 yaşlı arvadının önu öldürəcəyindən qorxur

Region Türkiyədə arvadından qorxan 47 yaşlı kişi dövlətə müraciət edib. ANS PRESS-in məlumatına görə, bundan əvvəl 2 dəfə evlilik həyatı yaşayan Zekeriyya Özkartal 3 uşaq atasıdır. İndi isə 3-cü həyat yoldaşının onu ölümlə hədələdiyini deyərək, dövlətdən kömək istəyir.

Adanada yaşayan Zekeriya Özkartal adlı inşaat ustası canına vəlvələ salan 26 yaşlı Oya.Ç ilə internetdə tanış olub.
Özündən 19 yaş kiçik qadınla evliliyin sevinci uzun çəkməyib. Tanışlıq və evlilik həyatı üst-üstə 3 ay sürüb. Cütlük evlilik qərarı verdikdən sonra Oya 15 sentyabrda Adanaya gedib. Bir həftə sonra isə rəsmi nigaha giriblər.

İki gün sonra isə ərinə deyib ki, İzmirə anasının yanına getmək istədiyini söyləyib. Zekeriya Özkartal arvadına 3 min lirə (1500 dollar) verərək onu avtobusa mindirib. Kişinin iddialarına görə, arvadı bir həftə sonra ona zəng edərək, bir daha geri dönməyəcəyini bildirib. Oyanın "Mən artıq gəlməyəcəm. Sən də İzmirə gəl, burada işlə" sözündən sonra, Adanadakı işini-gücünü buraxan Zekeriya Özkartal, İzmirə gedib inşaatlarda işləməyə başlayıb.

Bütün qazancını isə ondan tez-tez pul istəyən arvadına və qaynanasına versə də, özünü onlara sevdirə bilməyib. Zekeriya Özkartal arvadı Oya Ç.-nin əvvəlki ərinin müəmmalı şəkildə öldüyünü öyrənir. Bu da azmış kimi, Oyanın "ölən əriməetdiklərimi sənə də edərəm" deyərək hədələməsi, qaynanasının da "qıvrım saçlıya de, gərək olanı etsin!" deməsi canına vəlvələ salır. Hayatının təhlükə altında olduğunu anlayan Zakariyya Adanaya geri dönür.

Başına gələnləri keçən həftə "Sabah" qəzetinə danışır. Həyat hekayəsi qəzetdə dərc olunduqdan sonra gənc həyat yoldaşı ona zəng vuraraq hədələyib. Oya.Ç-nin, "Rəhmətlik ərimə etdiklərimi sənə də etdirəıcəm. Qıvrım saçlı məni çox sevir, nə desəm edir" sözündən sonra polisə gedir. Elə həmin gecə saat 3-də özünü İzmir Əmniyyət Müdirliyinin əməkdaşı kimi təqdim edən bir kişi ona zəng vuraraq ölümlə hədələyib.

Həyat yoldaşı Oya Ç. barədə şikayət ərizəsilə müraciət edən Özkartal, hələ də ölüm təhdidləri mesajları aldığını deyib. "Ölüm qorxusuyla yaşayıram. Dövlətin məni qorumasını və mənə mühafizə ayırmasını istəyirəm. Başıma bir şey gəlirsə arvadım və onun ətrafındakı insanlar cavabdehdir"-deyərək göz yaşı töküb.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.