"Oskar" mükafatlı məşhur aktyor Robin Vilyamsın ölüm səbəbi məlum olub. məhkəmə tibbi ekspertizası 63 yaşlı aktyorun ölümündən əvvəl iddia olunduğu kimi xeyli alkoqollu içki və narkotik maddə qəbul etdiyini təkzib edib. Ekspertiza Vilyamsın özünü asması və oksigen çatışmazlığından ölməsini müəyyən edib.
Qeyd edək ki, məşhur aktyorun xanımı onun xəstəliyi ilə əlaqədar müəyyən dozalı narkotik qəbul edə biləcəyini demişdi. R.Vilyamsın meyiti oktyabrın 11-də Şimali Kaliforniyadakı evində taplmışdı.