Evdə, işdə, avtobusda, hətta gəzərkən belə zamanımızın çoxunu kompüter, telefon kimi cihazlara baxaraq keçiririk. Bəs təhlükədən xəbərdarıqmı?
Xüsusən də sosial paylaşım saytları bizi bu alətlərdən asılı hala gətirib. Hər asılılığın pis tərəfləri olduğu kimi texnologiyanın da həyatımızda bu qədər yer almasının mənfi tərəfləri var.
Kompüter və telefon kimi texnoloji alətlərə uzun müddət baxmaq insanı erkən yaşlandırır. Bundan ən çox təsir görən isə orta yaş və ondan aşağı yaşdakı gənc insanlardır.
Son illərdə gənclərin çoxunda kompüter və telefondan çox istifadə etdiyinə görə, göz altı çökməsi, üz bölgəsinin solması, göz altı torbaların yaranması kimi deformasiyalara çox rastlanır. Bu cihazlardan gələn zərərli şüalar insanın üzünü 5-6 il yaşlandırır!
İş vaxtı onsuz da kompüterə davamlı baxmaq məcburiyyətindəyik. Bundan başqa işdən sonra şəxsi həyatımıza da girən bu texnoloji alətlər 30 yaşındakı bir insanın üzünün 35 yaşındakı kimi görünməsinə səbəb olur. Xüsusən həssas dəri tipi olan qadınlarda bu hal daha çox rastlanır.
Yaranan bu deformasiyalar isə əməliyyatla həll edilə bilər.