Türkiyəli müğənni Ebru Polat şəxsi həyatı, toyunun təxirə düşməsi ilə bağlı açıqlama verib.
sənətçi ailəsinin istəyi ilə toyun vaxtını dəyişdiyini deyib:
“Ailəm dedi ki, belə tez qərar verməyin. Bir-birinizi tanımağa çalışın. İrfanla bir ildir münasibətimiz var. Dünyanın ən şirin adamıdır. Onu çox sevirəm. İlk vaxtlar bir-birimizə nifrət edirdik.
Dostlarımızın vasitəsiylə tanış olmuşduq. O məni özündənrazı, mənsə onu əsəbi adlandırırdım. O ailə qura biləcəyim insandır. Uşaq olarkən atamla-anamdan başqa ətrafımdakı hər kəs boşandı: xalam, əmim, dayım, bibim. Hamısının da səbəbi xəyanət idi. O halı yaşamaq istəmirəm. Sevgilim mənə xəyanət edərsə, onu pis hala qoyaram”.
Ebru özündənrazı ifadələrinə də cavab verib:
“Kənardan həyatı vecinə almayan biri kimi görünürəm. Amma elə deyiləm. İlk əvvəl onu deyim ki, hüquq fakültəsini bitirmişəm. Bu da hər şeyə ciddi yanaşmağıma kömək oldu. Gəncəm qanım qaynayır. Bir də uşaqlıqdan ərköyünəm. Ona görə də hər kəs məni özündənrazı biri kimi tanıyır”.