75 illik sirr kukla, yoxsa mumiyalanmış cəsəd? - FOTO

9-11-2014, 17:29   

Meksikanın Çiuaua ştatında hələ də çox məşhur olan gəlinlik dükanı yerləşir. Bu dükan möhtəşəm gəlinlik və bəylik modelləri satsa da, məşhur olmasının səbəbi bu deyil.
Gələn müştərilərin çoxu gəlinlik seçməyə yox, dükan haqqında eşitdikləri qəribə əfsanə ilə qarşılaşmaq və bunun gerçək olub olmadığını görmək məqsədilə gəlirlər.

Qəribə əfsanə isə 75 ildir dükanın şüşəsindən boylanan gəlinlik geyindirilmış maniken kukla ilə bağlıdır. Ləqəbi La Pascualitadır. Bu maniken çox gözəl olsa da, özündə qaranlıq sirr gizləyir.
Deyilənə görə, Pascualita həmin dükan sahibinin qızının cəsədidir. Bəlkə də uzaqdan baxdığınızda elə görünməyə bilər, yalnız yaxınlaşıb baxdıqdan sonra bunun gerçək olub olmadığına qərar verə bilərsiz.

Mağaza sahibi olan Paskuala Espaçra onu mumiyalayaraq bu günə qədər qoruyub saxlayıb. Maniken bu günə qədər vitrindədir və gözəlliyi ilə hər kəsi heyran edir.

Deyilənə görə, Pascualita toy günü qara əqrəb çalması nəticəsində ölüb. Ondan sonra anası onun gözəlliyini qorumaq və onu ən gözəl geyimdə sonsuza kimi saxlamaq istəyib.
İddialara görə, maniken gecələr istiqamətini dəyişir və siz hara gedirsizsə, gözləri ilə ora baxır. Əllərinə baxarkən insan cəsədi olduğuna inanmaq mümkündür. Çünki əllərinin üzərində insan əllərindəki kimi xırda tüklər var. Bu, doğrudan da tükürpədici bir şeydir.

Hətta insanların çoxu onu müqqəddəs sayıb ziyarətinə gəlir və ona dua edirlər.




Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.