Soyuq hava və buz oynaq ağrılarından tutmuş baş ağrılarına, saçlardan dəriyə qədər bir çox problemə çarə ola bilər. BiG.Az hamımızın xəstələnməmək üçün qorunduğumuz soyuğun faydalarını təqdim edir.
Başınız ağrıdığında bir paketə buz qoyub ağrayan bölgənin üzərinə qoyun. Soyuq həssas sinirləri keyidərək ağrını yox edəcək. Diş ağrılarınız olduğunda da yanağınıza qoyacağınız bir torba buz ağrını azaldacaq.
Dəri üzərinə sürtülən buz doğuş, yanıq, sızanaq ləkələrini yox edir. Tökülən saçların yenidən çıxmasına kömək olmaq üçün başınıza buz torbası yerləşdirə bilərsiz. Soyuğun təsiri ilə saç dibindəki qan damarları büzülür və saç kökləri canlanır.
Oynaq ağrılarına faydalıdır. Kriyoterapiya (buz müalicəsi) adı verilən bu yolla revmatizm, oynaq ağrıları və şişkinliklər azala bilər. Soyuq damarları sıxlaşdıraraq hər cür oynaq ağrılarını yox edir.
Buz otaqlarında maddələr mübadiləsi sürətlənir. Şimal bölgələrində bəzi xəstələri mənfi 100 dərəcə temperaturu olan soyuq otaqlarda 1, ya 2 dəqiqə yarım saxlayırlar.
Gematomaları yox edir. Soyuq damara bir başa təsir edərək toxumalar arasında qanın toplanmasının, yəni gematomanı azaldaraq şişkinliyin yaranmasının qarşısını alır.