Küsülü duet ortaqları bir arada - FOTO

9-11-2014, 18:41   








Duet ortaqları Fədayə Laçın və Tacir Şahmalıoğlu birlikdə canlı efirə qatılıblar.

“5/5” verilişinin qonağı olan ifaçılar barışdıqlarını bildiriblər. T.Şahmalıoğlu aralarındakı incikliyin günahkarının F.Laçın olduğunu iddia edib:

“Hamısını Fədayə etdi. Şeytan hər bir insanın başının üstündə olur. Adam var ki, şeytandan qaçır. İnsan da var ki, ona uyur. Fədayə də şeytana uydu”.

F.Laçın isə “Məsləhət belə oldu. Biz elə insanlarıq ki, şeytan qəlbimizə yaxın gələ bilməz. Ürəyimiz musiqi ilə doludur. Bunu şeytana qoşmaq lazım deyil”, – deyə T.Şahmalıoğluna cavab verib.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.