Son zamanlar ölkə mətbuatını zəbt edən ali təhsil müəssisələrdən biri Gəncə Dövlət Universitedir.
Bu barədə anaxeber.info-a da kifayət qədər məlumatlar sızıb. Xatırlayırsınızsa ötən yazılarımızda qeyd edilən universitetlə bağlı daxil olan ilginc məlumatları oxucularımızın ixtiyarına vermişdik. Bir daha nəzərinizə çatdıraq ki, GDU-nin rektoru Yüsif Yüsifovdur.
Bir qurup tələbənin dediklərini nəzərə alsaq, artıq universitetdə pulyığma kompaniyası tələbələri etiraz aksiyası keçirtməyə istiqamətləndirir. Tələbə(adı şərtdir) “GDU-nun hazırkı rəhbərliyi bütün dekanlara pul yığılması barədə tapşırıq verib və dekanlar da öz növbələrində imtahanların qiymətlərini artırmağa başlayıblar. Hazırda bir imtahan üçün tələb olunan məbləğ 200 manata çatdırılıb”. Bu barədə internet saytları cəmiyyətə kifayət qədər informasiya verib.
Digər bir məlumatda isə bildirilir ki, rektor Yüsif Yüsifov bütün vasitələrdən istifadə edərək, icra başçısının əlehinə yazılar sifariş verir. Mənbənin dediyinə görə, tələbələrin sərt etirazından sonra Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, vəziyyətin gərginliyindən ehtiyat edib, GDU-nin rektoru Yüsif Yüsifovu yanına dəvət edərək məsələni müsbət həll edilməsi üçün tapşırıq verib. Hətda məlumatda o da vurğulanır ki, icra başçısı qəzzəbli halda rektora “son xəbərdarlığımı edirəm” deməyi unutmayıb. Səhəti ilə bağlı Türkiyədən qayıdan rektor çıxılmaz durumdadır. Elə bu səbəbdən rektor Yüsif Yüsifov təhsil nazirliyinə məlumat verərək, özünü müdafiə etmək üçün yardım diləyib.
Nəzərinizə çatdıraq ki, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, Təhsil Naziri Mikayıl Cabbarovla “soyuq” münasibətdədir. Bu amil Yüsif müəllim üçün heç də arzuolunmaz hal kimi dəyərləndirmək olar. Növbəti yazılarımızda GDU-nin rektoru Yüsif Yüsifovun mövqeyini dərc edəcəyik. Araşdırmalarımız davam edir..
-