Baş redaktora qarşı sifarişli məhkəmə qurulur?

10-11-2014, 13:05   
Baş redaktora qarşı sifarişli məhkəmə qurulur?
SonOlay.org saytının rəhbəri şantaj olunur. Bu barədə bizə məlumat verən baş redaktor və tanınmış jurnalist Ramin Məhəmmədoğlu bildirdi ki, rəhbər olduğu saytda Füzuli RTŞ –nin müdiri Almaz Həşimovla bağlı faktlara əsaslanan yazılar dərc edilib.



Tənqidləri həzm edə bilməyən Almaz Həşimova digər bir usulla jurnalisti nüfüzdən salmağa yollar arayır. Hətda dəfələrlə qeyd edilən faktlar aidiyyətli qurumlara göndərilib. Və əfsüslər olsun ki, qeyd edilən qurumlar araşdırmaq aparılması istiqamətində maraqlı deyillər. Etiraf edək ki, bu gün Füzuli təhsili tənəzzül dövrünü yaşayır. Bu bir həqiqətdir ki, Almaz Həşimova işlədiyi üç il ərzində Füzuli rayon təhsilində rəvac verdiyi qanunsuzluqlar hər bir Füzulilərin gözü qarşısında baş verir. Baş redaktor bildirir ki, bütün bu qanunsuzluqlarla bağlı, yəni Almaz Həşimovanın mənimsədiyi 600 min manat büdcə vəsaiti ilə bağlı respublika baş prokurorluğuna göndərilib və bu istiqamətdə baş prokurorluq tərəfindən ciddi araşdırmalara ehtiyac duyulur. Füzuli rayon təhsilində baş verən real qanunsuzluqlar və korrupsiya hüquqpozmalarını əks etdirən tənqidi yazıları RTŞ-nin müdiri Almaz xanımı narahat etdiyindən, maraqlı üsüllarla baş redaktora qarşı hücümü keçib. Belə ki, xanım müdirə Zümrüd Abbaslı adlı internet istifadəçisinə jurnalisti təhqir və təhdid etməyi sifariş verib. Bu da əlbətdə ki, ən azından müəllim adına və şərəfinə böyük ləkə kimi dəyərləndirilir.



Dosye.org olaraq bildirmək istəyirik ki, baş redaktor Ramin Məhəmmədoğluna qarşı planlı şəkildə təşkil edilən iyrənc kompaniya heç bir halda qəbul edilməyəcək. Bir daha Təhsil Naziri Mikayıl Cabbarovdan və məhkəmə qurumlarından tələb eirik ki, həmkarımıza qarşı yönəldilmiş qara piara son qoyulsun.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.