Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Yol polisi dəhşətli qəza törətdi - 9 yaralı

10-11-2014, 16:12   

Bakıda pol polisi əməkdaşlarının iştirakı ilə dəhşətli qəza baş verib.
anaxeber.info AzNews.az-a istinadən xəbər verir ki, hadisə ötən həftənin cümə günü, noyabr ayının 7-də səhərə yaxın Bakının mərkəzində, Üzeyir Hacıbəyov küçəsində qeydə alınıb.

10 YP 442 dövlət nömrə nişanlı yol polisi maşını motosikleti qovarkən içi sərnişinlə dolu “Ford” avtomobilinə dəyib.

Zərbənin təsirindən “Ford” səkiyə çırpılıb. Nəticədə sərnişinlərdən 7 nəfər yaralanıb.
Dövlət yol polisinin əməkdaşlarının da xəsarət aldığı deyilir. Bütün yaralılar təcili olaraq xəstəxanaya aparılıb.

Hadisənin təfərrüatı barədə AzNews.az-ın əməkdaşının Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədovdan informasiya almaq cəhdi baş tutmayıb. Vaqif Əsədov məzuniyyətdə oldunu deyərək heç bir açıqlama verməyib.

Qeyd edək ki, aldığımız qeyri-rəsmi məlumata əsasən bu olaydan sonra hər iki polis əməkdaşı vəzifələrindən kənarlaşdırılıb.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar