Bakıda təhlükəli cinayətkar tutuldu

10-11-2014, 16:36   

Bakıda dəhşətli cinayətlər törədən şəxs tutulub. Bakı şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, əməliyyat Suraxanı rayon Polis İdarəsi 31-ci polis bölməsi əməkdaşları tərəfindən keçirilib.

Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Əmircan qəsəbə sakini 1984-cü il təvəllüdlü Rövşən Əliyev tutulub.

Saxlanılan şəxs noyabrın 8-də saat 20:00 radələrində, Əmircan qəsəbə sakinləri 1987-ci il təvəllüdlü Arif Abbasovu bıçaqlayıb. Daha sonra 1985-ci il təvəllüdlü Şahrza Mirzəyevi öldürüb. Onun digər cinayətlərdə də əlaqəli olub-olmadığı araşdırılır.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.