Erməni hərbçiləri azərbaycanlı diversant zənn etdikləri 31 yaşlı erməniyə işgəncələr verib.
zərərçəkmiş Alik Zaxaryanın anası Sona Saakyan oğlunun yaşadığı dəhşəti epress.am-a danışıb.
19 iyul 2014-cü ildə Qeqarkunik vilayətinin Martuni rayonunda baş verib. 31 yaşlı erməni Alik Zaxaryan doğmalarının məzarını ziyarət etmək qəbiristanlığa gedib. Bu zaman Ermənistan Müdafiə Nazirliyinin dövlət nişanı olan avtomobildən avtomatla silahlanmış adamlar düşərək onu əhatə alıblar. Əllərini burub, qandal vururlar.
"Oğlumu azərbaycanlı diversant bilib diz çökdürüblər. Xəndəkdən çirkli su içməyə məcbur ediblər, döyüblər, maşına basıb hərbi polis bölməsinə aparıblar. Oğlumun əllərini bağlayıb 5 saat yarım ağlasığmaz işgəncə veriblər.
Oğlum haradan olduğunu, atasının adını deyərək azərbaycanlı olmadığını bildirsə də ona inanmayıblar. Əlində erməni dilində kitab olub oğlumun, amma onlar öz aralarında danışıblar ki, azərbaycanlı da erməni kitabı ola bilər." – deyə Sona Saakyan danışıb.
Qadının sözlərinə görə, hərbi poliis əməkdaşları onun əlil oğlu üzərində təhqirlərə və zorakılığa bölmədə də davam etdiriblblər. "Əlləri bağlı halda köynəyini başına keçiriblər, 10 dəqiqə döydükdən sonra yenə də sorğu-sual ediblər. Azərbaycanlı olduğunu boynuna qoymaq istəyiblər... Oğlumun şalvarını dartıb cırıblar ki, cinsiyyət üzvünə baxsınlar. Fotosunu çəkib, azərbaycanlı olub-olmadığını aydınlaşdırmaq istəyiblər. Dilini çıxarmaq üçün sıxıblar, göz qapaqlarını tərsinə çeviriblər."
Oğlunun çoxsaylı bədən xəsarətləri və dəhşət içində evə döndüyünü söyləyən ana, oğlunu dəliyə bənzədib: "Onun bütün sifəti gömgöy idi, gözləri qan içində, şalvarı cırıq-cırıq idi. Alik dəliyə oxşayırdı. Dəhşətli dərəcədə qorxmuşdu. Hələ də sümükləri və bağlanmış qolları ağrıyır".
Polis idarəsində onlara şikayət etməməyi məsləhət görüblər. Bundan əlavə hədələyiblər ki, şikayət edərsə onlar üçün daha da pis olacaq.
"Cinayət axtarış idarəsinin rəisi Araik Qalstyan mənə deyir ki, bir işdi olub, şikayət etmə. Mən özüm də orada idim, amma oğlunu döyməmişəm. Lazım gələrsə sənin oğlunun boynuna elə cinayətləri qoyarıq ki, məəttəl qalarsan." - deyən ana, polisdən də qorxduğunu bildirib.
Polis rəisi Martuni də qadının şikayət verməsinə qarşı çıxıb: "Sən heç nəyə nail olmayacaqsan, ancaq boş yerə vaxtını və pulunu itirəcəksən. Dedim ki, hərbi polisin əməkdaşları döyüblər, vəssalam!".
Sona Saakyanın sözlərinə görə, oğlu əlil olsa da hərbi xidmətə aparılıb və orduda xidmət göstərərkən də sağlamlığında problemlər olub.