Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Bakı avtobusunda qadına şok yaşatdılar

10-11-2014, 17:25   
Bakıda sərnişin avtobusunda cibgir tutuldu. Bakı avtobusunda qadına şok yaşatdılar

Bakı şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, əməliyyat Nəsimi rayon Polis İdarəsi 19-cu polis bölməsi əməkdaşları tərəfindən həyata keçirilib.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində, noyabrın 8-də saat Cavadxan küçəsində 85 saylı xətt avtobusunda Şərur rayon sakini 1974-cü il təvəllüdlü Mayis Süleymanov saxlanılıb.

O, Bakı şəhər sakini Sədaqət Əzizovanın cibindən 45 manat pulunu oğurlayıb, avtobusdan düşüb qaçarkən tutulub.

İlkin araşdırma zamanı Mayis Süleymanovun əvvəllər də məhkumluq həyatı yaşadığı məlum olub. Axtarış zamanı onun üzərindən 9,32 qram marixuana və 45 manat pul götürülüb.

Faktla bağlı araşdırma aparılır.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar