İsraildə baş verən hadisəni terror aktı adlandırıblar.
İordan çayının Qərb sahilində 14 yaşlı israilli qız öldürülüb.
Bu barədə BBC News məlumat yayıb.
Nablus şəhərindən olan fələstinli Alon-Şvut yəhudi şəhəri yaxınlığında avtobus dayanacağında yeniyetmə qız və iki kişiyə hücum çəkib. Nəticədə qız həlak olub, iki nəfər israilli isə yaralanıb.
Hazırda onlar xəstəxanadadırlar.
İsraildə baş verən hadisəni terror aktı adlandırıblar. The Times of Israel yazır ki, əvvəlcə fələstinli idarə etdiyi avtomobili dayanacaqda dayanan insanların üstünə sürməyə çalışıb. Bunu etməyi bacarmadıqda isə o, əlində bıçaq yəhudilərə hücum çəkib.
İsrail təhlükəsizlik xidmətinin əməkdaşı hücum edən şəxsi güllə ilə vurub. Əvvəlcə fələstinlinin öldüyü deyilsə də, sonradan onun ağır vəziyyətdə olduğu baərdə məlumat yayılıb.
Bu hadisədən bir neçə saat əvvəl Təl-Əvivdə israilli əsgər bıçaqla vurulub. Hücum edən 18 yaşlı fələstinli saxlanılıb.
İsrailin baş naziri Binyamin Netanyahu ölkədə zorakılığa qarşı ən sərt tədbirlər görəcəyinə söz verib.
Qeyd edək ki, artıq bir həftədir Şərqi Qüdsdə İsrail hökumətinin yəhudilər üçün regionda yeni ev tikməsi qərarına etiraz olaraq, aksiyalar keçirilir. Ərəblər polislə toqquşmalarda iştirak edirlər.