Saatlıda təhsil rəzaləti
10-11-2014, 23:39
"Əgər mənim həyat yoldaşım kimi ali təhsilli savadlı, sözünü deyə bilən, pedaqoji təcrübəsi olan kadırları özbaşınalığın həddi kimi qanunsuz olaraq işdən çıxardırlarsa o məktəblər kimə lazımdır?”
Əyalətlərdə yerli məmurların özbaşınalığı artıq heç kim üçün sirr deyil. Rüşvət korrupsiya, yalan və saxtakarlıq demək olar ki, həmin bu məmurların gündəlik iş prinsipinə çevrilib. Bu da təbii ki, haqqlı olaraq vətəndaşların ciddi narahatçılığına səbəb olur. Saatlı Rayon Mollavazili kənd sakini Əliyev Zaur Məhərrəm oğlu redaksijamiza göndərdiyi şikayət məktubunda da üzləşdiyi haqsızlıqdan şikayətlənərək narahatçılığını dilə gətirib.
Şikayətçi Zaur Məhərrəmov 1993- ildə hərbi xidmətə gedib. 1994- cü ildə Ağdam rayonunda erməni işğalçılarına qarşı gedən döyüşlərdə ayaq nahiyəsindən qəlpə yarası alıb və bunun nəticəsi olaraq görmə qabiliyyəti də zəifləyib, hazırda 2-ci qrup əlildir. İş qabiliyyətini demək olar ki, təmamilə itirib. İki azyaşlı uşağı olmaqla 4 nəfərdən ibarət ailə üzvü əlilliyə görə aldığı cəmi 180 manatın ümüdünə qalıb. Heç bir yerdən köməyi yoxdur. Rayonun səlahiyyət sahiblərinin hansının yanına gedibsə, qapını üzünə çırpıblar. Fərarilər, qorxaqlar, pula sitayiş edən kəslər bu gün rayonda meydan sulayır.
Həyat yoldaşının ali təhsilli müəllimə olduğunu bildirən Zakir Əliyev deyir, həyat yoldaşım Günel Əliyeva Təfəkkür Univeristetinin filologiya fakültəsində Azərbaycan dili və Ədəbiyyat üzrə bakalavr dərəcəsi alıb. Qarabağ qazisinin xanımı ailə qurmamışdan əvvəl rayonun Əhmədbəyli kənd məktəbində labarant və dərnək müəllimi vəzifəsində işləyib. Z.Əliyevin redaksijamiza göndərdiyi məktubda bildirilir ki, ailə həyatı qurduqdan sonra, rayon təhsil şöbəsinin müdürü Şamil Nurəliyev özbaşına xəbərdarlıq etmədən, sorğu sualsız Günel Əliyevanı işdən çıxardıb yerinə isə təhsili olmayan savadsız bir şəxsi təyin edib: "Həyat yoldaşımın işə bərpa olması üçün çox çalışdım rayon icra hakimiyyətinin başçısı Siraqəddin Cabbarovun qəbuluna düşmək istədim dedilər ki, başçının rayon sakinləri ilə görüşmür, ətrafındakılardan, idarə müdürlərindən və pullu iş adamlarından başqa heç kimi görmək istəmir. Humanitar məsələlər üzrə müavini Reyhan Ocaqova ilə görüşdüm bircə kəlmə mənə cavabı o oldu ki boş yer yoxdur. Şamil Nurəliyevin qaydasına əsasən müəllim işləməyin qiyməti 10 min manatdır əlavə dərs saatı almaq isə 5 min manat baxılmır ki, haranı qurtarıb pedaqoji təsili, təcrübəsi var ya yox. Mənimdə ki, pulum yoxdur. Məni ağrıdan odur ki, bu gün məktəb tikintilərini təhsilin inkişafı kimi içtimayiyətə sırıyırlar. Əgər mənim həyat yoldaşım kimi ali təhsilli savadlı, sözünü deyə bilən, pedaqoji təcrübəsi olan kadırlar özbaşınalığın həddi kimi qanunsuz olaraq işdən çıxardırsa o məktəblər kimə lazımdır?”.
Ümüd edirik Təhsil naziri Mikayıl Cabbarov Təhsil sahəsindəki bu kimi bəlaların aradan qaldıırılması istiqamətində öz sözünü deyəcək.
Digər xəbərlər