Stalin bu qəzalardan necə xilas olub

10-11-2014, 23:51   
Stalin bu qəzalardan necə xilas olub

Sovet lideri Stalinin təyyarəyə minməkdən qorxduğu ortaya çıxıb.

rus tarixçiləri Stalinin həyatı boyu yalnız bir dəfə 1943-ci ildə təyyarəyə mindiyini açıqlayıblar.

Rus tarixçilərinə görə, Stalin 1931-ci ildə yeni Sovet təyyarələrilə tanış olarkən TB-3 tipli hərbi təyyarəyə minmək istəyib. Lakin Sovet Hava Qüvvələri rəsmiləri təyyarənin qəza ehtimalına görə Stalini fikrindən daşınmağa razı sala biliblər.

Bir ay sonra qəzaya düşən ANT-9 tipli təyyarədə Sovet hərbi rəhbərliyinin həyatını itirməsi Kremli bu yöndə addım atmağa vadar edib. Tarixçilərə görə, Stalin bundan sonra SSRİ-nin yüksək rütbəli məmurlarının təyyarəyə minmələrini qadağan edib.

1935-ci ildə Stalin yeni istehsal edilən "Maksim Qorki" təyyarəsinə minmək istəyəndə də son anda bundan imtina edib. Havaya qalxan təyyarə 700 metrdən sonra qəzaya uğrayıb.

İddialara görə, bütün bu qəzalar Stalində təyyarə fobiyasının yaranmasına səbəb olub.

Stalin həyatı boyu yalnız bir dəfə - 1943-ci ildə Tehran konfransına gedərkən təyyarəyə minib. Bakıya qədər qatarla gələn Stalin buradan “Li-2” tipli təyyarəyə minib və təyyarə diqqətlə texniki nəzarətdən keçirilib.

Stalin 1945-ci ildə Yalta və Podstam konfranslarına gedərkən quru və qatar yolundan istifadə edib.

Bəzi tarixçilər Stalinin təyyarədən qorxmasına səbəb kimi sui-qəsd ehtimalını göstərirlər.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.