Həm orta məktəb, həm də məcburi köçkünlərin məskunlaşdığı obyekt. Uşaqlar burada doğulur, elə burada da orta təhsil alırlar. Məktəbin bir sinif otağında dərs keçirilir, onun yanındakı sinif otağı isə təyinatı üzrə yox, yaşayış yeri kimi istifadə olunur. Məktəbin ətrafında stadion, şagirdlər üçün idman qurğuları yoxdu, əvəzində toyuq-cücə, inək, qoyun saxlamaq üçün kiçik hin və tövlələr var. Məktəb dəhlizlərindən "sinif-evlərdə” bişən yeməyin və saxlanan mal-qaranın bir-birinə qarışmış iyi gəlir. Kişilər odun, qadınlar isə su daşıyır. Məcburi köçkünlər sinif otaqlarının ən böyüklərini seçib orada məskunlaşıblar. Hətta bu otaqları da içəridən pərdələrlə mətbəx və vanna otağına ayırıblar...
20 ildən çoxdur ki, Tərtərin Azad Qaraqoyunlu kənd orta məktəbinin yarısı Ağdamdan olan məcburi köçkünlərin sığınacağıdır.
Siniflərin yarısında dərs keçilir, yarısında insanlar yaşayır
Məktəbin ətrafında idman dərsləri üçün stadion əvəzinə sınıq-salxaq traktor, toyuq-cücə hini, mal-qara tövləsi var
Məktəbdə 40-45 müəllim dərss deyir, 200-300 arasə şagird təhsil alır. Amma dərs zamanı onların heç yarısı da gözə dəymir
Dəhlizdən sinif otaqlarına dolan yemək qoxuları şagirdlərə imkan vermir ki, fikirlərini dərsə yönəltsinlər
Yağış, qar yağanda tavanın olub-olmamağı fərq etmir, dəlmə-deşikdən bütün yağıntı içəri axır
Onlar digər uşaqlar kimi normal şəraitdə yaxşı təhsil almaq istədiklərini deyirlər
Məktəbin komendantı Nofəl Hüseynov özü də məcburi köçkündür. Deyir ki, məktəbin 20-ə yaxın otağında dərs keçilir, 16-18 otaqda isə ailələr məskunlaşıb.
Komendant onu da deyir ki, bu lövhə məktəbin əsas atributudur və onun üzərini selofanla örtüblər ki, səliqəli qalsın
Nofəl Hüseynovun qızı və ailəsi ilə birgə "ev” deyib sığındığı sinif otağı
Məktəb-evin sakini və şagirdi. O, burada doğulub və burada da təhsil alır.
Fərmayıl nənə və nəvəsi. Onlar həyətdən bidonlarla su daşıyıb vaxtilə biologiya otağı olmuş "evlərinin” qarşısında ehtiyatlarını yığırlar
Məktəbin ən yaşlı sakinləri Allahverdi və Fərmayıl Hüseynovlardır. Onlar ömürlərini burada başa vurmaq istəmədiklərini deyirlər
Telman Balakişiyev 20 ildir burada məskunlaşıb. Burada iki övlad böyüdüb. Övladlarından biri bu məktəbi bitirib, digəri isə 11-ci sinifdə oxuyur