ABŞ-ın Müdafiə Nazirliyi İŞİD terror təşkilatının lideri Əbu Bəkr əl-Bağdadinin aviazərbələr nəticəsində öldüyü haqda informasiyanı təsdiqləməyib.
Musavat.com-un məlumatına görə, bu barədə “Reuters” Pentaqonun mətbuat katibi Stiv Uorrenə istinadən məlumat yayıb. “Bizdə İraqın Bağdadinin öldürüldüyü və ya yaralandığı barədə hesabatını təsdiqləyən heç bir məlumata malik deyilik”, - deyə Uorren bildirib.
Qeyd edək ki, az öncə İŞİD liderinin yaralandığı, hətta öldüyü haqda xəbərlər yayılmışdı.