Uşağını döyərək bu hala saldı (FOTOLAR)

11-11-2014, 01:00   

Sankt Peterburq şəhərində dəhşətli hadisə baş verib

Növbətçi Rusiyanın Sankt Peterburq şəhərində dəhşətli hadisə baş verib.

şəhər xəstəxanalarından birinə vəhşicəsinə döyülmüş uşaq gətirilib.

Həkimlərin səyi nəticəsində uşağı xilas etmək mümkün olub. Daha sonra polislər tərəfindən aparılan araşdırmalar nəticəsində Alisa adlı uşağın anası və atalığı tərəfindən döyüldüyü məlum olub. Halbuki Alisanı xəstəxanaya gətirən ana uşağın yıxıldığını bildirib. Polis araşdırma apararaq Alisanın anası 20 yaşlı Tatyana Danilenko və atalığı 22 yaşlı Aleksandr Pimonov tərəfindən döyüldüyünü müəyyən edib. Hər iki şəxs həbs olunub.

"O bütün göyərmiş vəziyyətdə idi. Gözü heç görünmürdü. İki yaşlı qızı o qədər döymüşdülər ki, bədənində sağlam yer qalmamışdı. Onun sağ qalması möcüzədir. Bütün bədəni şişmişdi",- deyə həkim Natalya bildirib.

Alisanı artıq bir ailə övladlığa götürüb.


Uşağını döyərək bu hala saldı (FOTOLAR)


Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.