Qatarın üstündə getmək həvəsi Brayan MakKlelen adlı amerikalı modelə həyatı bahasına başa gəlib.
21 yaşlı Brayan hərəkətdə olan qatarın üstündə tryuk edərkən təsadüfən dəmir yoluna eletrik ötürən xəttə toxunub və yanıb.
Faciə ötən bazar günü Konnektikut ştatının Qrinviç şəhərində baş verib. O, səhər tezdən hərəkətə başlayan qatara dırmaşıb və bir anda elektrik ötürücüyə dəyib. Bundan sonra modelin paltarı alışıb. Ekstremal həvəskarının bədəninin 85 %-i yanıb və ölüb.
Onun yanmış cəsədini qatarın niyə elektrik enerjisi almamasını aydınlaşdırmaq üçün üstünə çıxan fəhlələr aşkarlayıb.
Brayan MakKlelenin agenti Rayan Kolbi bəyan edib ki, mərhum böyük layihələr üzərində çalışırdı. O, məşhur aktyor Hilari Daffla birlikdə teleşouya iştirak edəcəkdi və Pirs Brosnanla filmə çəkiləcəkdi.