[media=http://www.youtube.com/watch?v=XBc6vTMu1kU]
Hicablı gənc qızın internetdə yayılan videosu qısa zaman ərzində insanların diqqətini cəlb edib.
ANS PRESS-in məlumatına görə, toy şənliklərinin birində hicablı bir qızın etdiyi rəqs birmənalı qarşılanmayıb.
Belə ki, gənc qız özünün avropasayağı cazibədar rəqsi ilə çoxlarının diqqətini cəlb edib. Lakin bəziləri rəqsi alqışlasa da, çoxları islamda belə rəqsin haram olduğunu deyərək qızı qınayıblar. Hətta bəziləri rəqs edən qızın içkili olduğunu da iddia ediblər.
İlahiyyatçı İsmayıl Əhmədov da belə rəqslərin qəbulolunmaz olduğunu deyib. Onun sözlərinə görə, qadınların nəinki kişilərin yanında, ümumiyyətlə istənilən yerdə, hətta tək qadınların olduğu yerlərdə bu tərz rəqslər etməsi düzgün deyil.