Bərdə sakinləri üsjan asdanasında

11-11-2014, 18:05   
Bərdə sakinləri üsjan  asdanasında
Bərdənin Lək kəndinin sakinləri etiraz aksiyası keçirərək magistiral avtomobil yolunu bağlayıblar.

anaxeber.info “Qafqazinfo” ja isdinaden xəbər verir ki, yol 2 saata yaxın bağlı olduğundan maşınların hərəkəti dayanıb.

Sakinlərin yolu bağlamasına səbəb Lək kəndinə qaz çəkilməməsidir. Kəndlilər bununla bağlı dəfələrlə aidiyyatı qurumlara müraciət ediblər. Onlar soyuq qış günlərində evlərini odun və dizel yanacağı ilə qızdırdıqlarını deyirlər.

Aksiya yerinə rayon icra başcısının birinci müavini Vahid Qarayev, "Azəriqaz"ın Bərdə nümayəndələyinin rəhbəri Ramiz Adıgözəlov və rayon polisinin əməkdaşları gəliblər. Uzun sürən danışıqlardan sonra sakinlər avtomobil yolunu açıblar. Rəsmi qurumlardan bildirilib ki, yaxın günlərdə kənddə qaz çəkilişi aparılacaq.

Məsələ ilə bağlı sayt Bərdə Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlayıb. Bildirilib ki, rayonda belə bir aksiya olmayıb. Sakinlər avtomobil yolunu bağlamayıb. Ümumiyyətlə, növbəti ildə Bərdənin nəinki Lək kəndi, o cümlədən qazsız qalan digər kəndləri də mavi yanacaqla təmin ediləcək.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.